Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

ABŞ-da Azərbaycan lobbisi yaranır


Azerbaijan -- US flag at US Embassy in Baku, 11Sep2003
Azerbaijan -- US flag at US Embassy in Baku, 11Sep2003
«Vaşinqtonda Ermənistan-Amerika lobbisinə qarşı yeni Azərbaycan qeyri-kommersiya təşkilatı yaradılıb. Azərbaycan Amerika Alyansının məqsədi Vaşinqtonda nüfuzlu dostlar qazanmaqdır».

ABŞ-ın «The Hill» İnternet dərgisi yazır ki, qrup ilk məclisi dekabrın 6-da Kapitolidə Ehtiyatda olan Zabitlər Assosiasiyasında keçirib. Tədbirdə bir sıra deputatlar, o cümlədən Azərbaycanın Birləşmiş Ştatlardakı səfirinin də iştirakı gözlənirdi.

ANAR MƏMMƏDOV VƏ XƏYAL ŞƏRİFZADƏ

Azərbaycan Amerika Alyansını gənc azərbaycanlı biznesmen, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov yaradıb. Alyansın məqsədi Azərbaycan-ABŞ arasında enerji, milli-təhlükəsizliyə əsaslanan münasibətləri qabartmaqdır.

A.Məmmədov «The Hill»ə deyib ki, öz ölkəsini sevir və ona kömək etmək üçün borcunu vermək istəyir:

«Məncə, Alyans iki ölkəni birləşdirə bilər. Məncə, Amerika Azərbaycanın ən böyük dostlarından biridir».

Alyansın sədri Xəyal Şərifzadədir. O, «Bank of Azerbaijan»ın keçmiş sədridir. Şərifzadə həmçinin «ZQAN Holdinq»in direktorlar şurasının üzvüdür.

2.4 MİLYON DOLLARLIQ MÜQAVİLƏ

ABŞ Ədliyyə Departamentinin sənədlərinə əsasən, Alyans birillik fəaliyyət üçün «Fabiani&Co» lobbiçilik firması ilə 2.4 milyon dollar dəyərində müqavilə bağlayıb. Bu işə Jim Fabiani başçılıq edir.

«The Hill» yazır ki, bu qurum on illərdir Vaşinqtonda lobbiçilik işi quran Ermənistana çatmaq və ötüb keçmək istəyir.
Kapitoli, Vaşinqton
Kapitoli, Vaşinqton
Güman ki, lobbiçilər Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında üzvlüyünü, NATO-nun Əfqanıstandakı işinə yardım etdiyini qabardacaqlar.

Dərgi Azərbaycanın enerji resursları ilə zəngin olduğunu, ancaq insan haqlarının vəziyyətinə görə tənqid edildiyini bildirir. ABŞ Dövlət Departamentinin 2010-cu il hesabatında qeyd olunur ki, Azərbaycanda seçkilər saxtalaşdırılır, siyasi səbəblərdən həbslər baş verir, mətbuat sıxışdırılır.

Lobbiçilərin daha bir işi isə 1992-ci ildə Konqresin qəbul etdiyi Azadlığa Dəstək Aktı ilə bağlı olacaq. Həmin Akta 907-ci düzəliş Azərbaycan hökumətinə birbaşa yardımı qadağan edir. Alyans bu düzəlişin ləğvinə də çalışacaq.

Alyans icraçı direktor axtarması barədə elan verib.

Amma «The Hill» yazır ki, Vaşinqtonda oturuşan kimi, onlar erməni-amerikan rəqiblərinin kəskin münasibəti ilə üzləşə bilərlər.
XS
SM
MD
LG