Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:58

Məhəmməd Peyğəmbər haqqında kanal YouTube-a çıxıb


Rasoolullah YouTube channel
Rasoolullah YouTube channel

“Rasoolullah” kanalında hədislər və duaların videosu yayılacaq

YouTube kanalında Məhəmməd Peyğəmbərin (ə.s.) həyatı, deyimləri, adətləri haqqında xüsusi kanal yaradılıb. “Rasoolullah” adlanan bu kanal hicri təqvimi ilə 1433-cü ilin ilk günündən fəaliyyətə başlayıb. Artıq kanalın minlərlə izləyicisi var.

“Rasoolullah”ın yaradıcısı Abdullah Saeed Al-Asmari deyib ki, bu resurs bir qrup könüllünün dəstəyi ilə yaradılıb:

“Kanalda məşhur dualar və hədislərə aid videomateriallar yer alacaq. Materialların hamısı ərəb dilində, amma ingiliscə subtitrlərlə kanala yerləşdiriləcək”.

Al-Asmari hesab edir ki, Youtube kimi servislərə müraciət etməklə onlar daha çox hədəf auditoriyasını əhatə edəcək və izləyici reaksiyasını dərhal ala biləcəklər.

“Tamaşaçılarla əks əlaqə həmişə lazımdır. Bu, auditoriyanın tələblərini və istəklərini bilməyə imkan yaradır”.

Kanal yaradıcısı həmçinin ərəb dilli audiokitab bazarındakı boşluğu doldurmaq üçün xüsusi layihə hazırladığını da bildirib. Artıq onun rəhbərliyi altında İbn Kasirin əsərlərindən ibarət audionəşr hazırlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG