Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 14:44

Modernləşməyə xidmət edən milli ideya və 87 milyonluq kamera «şaka»sı


Mətbuat icmalı
Mətbuat icmalı
«Azərbaycan» qəzetindəki «MODERNLƏŞMƏYƏ XİDMƏT EDƏN MİLLİ İDEYA» sərlövhəli yazı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqalə və müsahibələrinə istinadən yazılıb. Yazı müəllifi Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov qeyd edir ki, Ramiz Mehdiyev son dövrlər fəlsəfi-ictimai və siyasi fikrin tədqiqi sahəsində sanballı əsərlər yaradıb:

«Görkəmli filosofun yeni fikirlərindən hasil olan əsas qənaətlərdən biri də budur ki, milli ideya yalnız təmsil etdiyi dövlətin milli, siyasi, coğrafi hüdudları çərçivəsində deyil, qlobal məkanda həyatiliyini sübut etməlidir».

«Yeni Müsavat» qəzeti «HÖKUMƏTİN 87 MİLYONLUQ KAMERA «ŞAKA»SI»ndan yazır:

«Üst-üstə büdcə pullarından, yəni xalqın cibindən bu layihələrə 87 milyon manat xərclənsə də, vətəndaşların təhlükəsizliyi baxımından faktiki heç nə dəyişməyib».

«Yeni Azərbaycan» qəzeti Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri ƏLİ HƏSƏNOVUN İRANA SƏFƏRİnin yekunları barədə müsahibəsini dərc edib:

«İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı», - deyə Əli Həsənov bildirib.

«Bizim yol» qəzeti «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklərin «MÜXALİFƏTİ SIRADAN ÇIXARMAQ PLANI»na xidmət etdiyini yazır. Yeni dəyişikliyə görə, «Partiya üzvü olmaq istəyənlərin şəxsiyyət vəsiqəsi Ədliyyə Nazirliyinə təqdim olunmalıdır».
XS
SM
MD
LG