Keçid linkləri

2026, 06 Sentyabr, bazar, Bakı vaxtı 22:22

250 Plyusun Online Forumu

Baloğlan Nəcəfov Qezzafi beyem pis adam idi? ve niye?

- 250 Plyusun istənilən siyasətçiyə münasibəti onun yumor hissi ilə müəyyənləşir. Polkovnikin məşhur çətir və qolf maşını zarafatı pis deyildi.

Agil Allahverdiyev Dövlət məmur ilə hökümət məmurunun ferqi nedir?

- Dövlət məmurları daha dövlətlidirlər.

Aydin Novruzov Yer kürəsini dayandırmaq olar?

- Olar, amma gərək Milli məclis Newtonun cazibə qüvvəsi qanununa dəyişiklik qəbul etsin.

Ahmed Ahmedli Yaltaqliq xesteliyinin dermani varmi goresen?

- Bunun üçün insan orqanizminin ifrazat sistemində ikitərəfli hərəkət qaydası ləğv olunmalıdır.

Gunduz Aqakisiyev sizin evden dovlet niye silah tapmir

- 250 Plyusun cəbbəxanası internetdədir, “dom Feyzullada” yox.

Gunduz Aqakisiyev vusale xanim sizde diktatorsunuz niye oturmusunuz kresloda imkan vermirsiniz o qizlarda bir defe verlis aparsin yaziqlar dilenen kimi basliyirsiniz hedelemeye belke qaddafi cehennemnen size zeng edirdi

- Vüsalə demokratik yolla seçilmiş liderdir, onun alternativi yoxdur. Vüsalənin yerini tutmaq istəyən muxalifətçilər Qərb produserlərinə söz veriblər ki, kürsünü qazansalar, Qarabağı əldən verərələr.
This item is part of
XS
SM
MD
LG