Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:57

Kabildəki partlayışı Laşkari Cengi qrupu törədib


Kabildə 58 adamın ölümüylə nəticələnmiş partlayışa görə cavabdehliyi Pakistandakı
Laşkari Cengi adlı sünni qrupu üzərinə götürüb.

Bu qrup indiyədək ölkə daxilində şiələrə qarşı onlarla terror aktı törədib.

Long War Journal saytı bu qrupun əl Qaidə və Talibanla əlbir olduğunu yazır.

Partlayışı Aşura günü şiə məsçidində intiharçı törədib.

Partlayış nəticəsində həmçinin 130-dan çox adam yaralanıb.

Azad Əfqanıstan radiosunun müxbiri Nəsim Şəfəq.

Bundan dərhal sonra Məzari Şərif şəhərindəki şiə məsçidində törədilmiş partlayışda isə 4 adam ölüb, 17 nəfərsə yaralanıb.
XS
SM
MD
LG