Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:17

Rusiyada kütləvi etirazlar keçirilir


Moskvada seçkinin saxtalaşdırılmasına qarşı aksiyalar keçirilir.

Azı 250 adamın saxlandığı xəbər verilir.

Müxalifət liderləri Boris Nemtsov, Eduard Limonov, Sergey Mitroxin, “Memorial” hüquq müdafiə mərkəzinin rəhbəri Oleq Orlov və jurnalist Bojena Rınska da onların arasındadır.

Həmçinin hökumətpərəst gənclər təşkilatlarının üzvləri qələbə münasibətilə mitinqə çıxıblar.

Onlar “ Putin Rusiya” və “Medvedev Qələbə” şüarları səsləndirirlər.

Bundan başqa hakim partiyanın 10 minə yaxın tərəfdarı Qələbə meydanında qələbəni qeyd ediblər.

Həmçinin ölkənin digər şəhərlərində seçkinin saxtalaşdırılmasına qarşı kütləvi nümayişlər keçirilir.

Sank-Peterburqda yüzlərlə müxalifətçi şəhər məclisinin qarşısına axışıb.

Azı 60 adamın saxlandığı xəbər verilir.

Rastov-Donda isə polis aksiya keçirilməsinə imkan verməyib.

15 aksiyaçının polis bölməsinə aparıldığı bildirilir.
XS
SM
MD
LG