Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:07

18 yaşlı əsgər özünü güllələyib


Hadisə Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Milli Ordunun əsgəri, 18 yaşlı Şahmar Əli oğlu Şirinov postda olarkən tabeliyindəki avtomat silahdan atəş açıb. Nəticədə güllə əsgərin özünə dəyib və onu yaralayıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Şahmar Şirinov 2011-ci ilin iyulunda Neftçala Rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib. Güllə Ş. Şirinovun ayağına dəyib, vəziyyəti kafidir.
XS
SM
MD
LG