Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 23:41

Prokurorluq Anara cavab vermir


Anar
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar iki dəfə Baş Prokurorluğa yazılı müraciət göndərərək şair Əli Kərimin oğlu, məhbus Orxan Kərimovun həbsinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib, amma heç bir cavab almayıb.

Bunu “Media forum”a açıqlamasında vəkil Ramiz Məmmədov deyib.

Dekabrın 5-də “Media forum” saytına danışan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar məlumatı təsdiqləyib:

“Orxan Kərimovun səhhətində problemlər yarandığına görə onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi Baş Prokurorluğa iki yazılı müraciətim olub”.

Müraciətlərinə heç bir cavab almadığını bildirən Anar yenidən Baş Prokurorluğa üz tutmaq niyyətində olmadığını vurğulayıb:

“Mən müraciət edəndə bir dəfə edirəm. Çünki sözümün qiymətini bilirəm. Sözümə qulaq asacaqlarsa, elə birinci dəfədən qulaq asacaqlar. Yenidən müraciət etmək fikrim yoxdur”.

Orxan Kərimov bu il iyunun 6-da həbs olunub. O, Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimov Bakı İstintaq Təcridxanasında saxlanır.
XS
SM
MD
LG