Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:15

Almaniya və Fransa liderləri yeni Avropa Birliyi razılaşmalarının imzalanmasına çağırırlar


Almaniya və Fransanın liderləri dekabrın 5-də görüşərək Avropa Birliyini indiki borc böhranının bir daha təkrarlanmasından qorumaq üçün yeni razılaşmaların imzalanması qərarına gəliblər.

Almaniya kansleri Angela Merkellə Parisdə görüşdən sonra Fransa prezidenti Nicolas Sarkozy bildirib ki, yeni razılaşmada büdcə kəsirini 3 faizdən yuxarı aşan Avropa Birliyi ölkəsinə qarşı avtomatik sanksiyalar nəzərdə tutulmalıdır.

Sarkozy qeyd edir ki, yeni razılaşma mətnini detalları Avropa Birliyinin prezidenti Herman Van Rompuyun bu həftə elan ediləcək xüsusi məktubunda açıqlanacaq.

Bu həftə həm də Avropa Birliyi ölkələrinin sammmiti keçiriləcək. Tədbirdə regionun borc böhranının icrasına dair qərarlar müzakirə edilməlidir.
XS
SM
MD
LG