Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 06:45

Greenpeace fəalları Fransada atom elektrik stansiyasına daxil olublar



Beynəlxalq ətraf mühiti mühafizə qurumu olan Greenpeace bir neçə fəalının Fransada atom elektrik stansiyasının ərazisinə daxil olduğunu bildirir. Yayılan rəsmi məlumatda bildirilir ki, Parisin 95 kilometrliyindəki zavodun ərazisinə girən fəallar sadəcə olaraq nüvə enerjisinin nə qədər riskli olduğunu sübut etmək istəyiblər.

Fransanın Electricite de France elektrik istehsalı şirkəti də yeddi nəfər çağırılmamış qonağın saxlandığını bildirib. Şirkət bildirir ki, onların zavoda doğru hərəkətləri dərhal müəyyən edilib və bu hadisə zavodun təhlükəsizliyinə heç bir xələl gətirmir.

Fransa özünün elektrik enerjisi ehtiyacının üçdə-birini atom elektrik stansiyalarından alır.
XS
SM
MD
LG