Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 21:52

Qaz anbarında 2 nəfər xəsarət alıb

Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus “Kalmaz” qaz anbarında 2 nəfər xəsarət alıb.
Bu barədə AzadlıqRadiosuna şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün Ələt qəsəbəsində yerləşən, SOCAR-a məxsus “Kalmaz” qaz anbarında işçilər borunu təmizləyərkən borunun içərisində yığılıb qalan qaz tullantıları təzyiq yaradıb və nəticədə həmin təzyiq iki nəfərə xəsarət yetirib.
Baş vermiş qəza zamanı orada çalışan iki nəfər - 34 yaşlı Ramil Şəmsəddinov və 22 yaşlı Sənan Səfərli müxtəlif xəsarətlərlə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıblar. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
This item is part of
XS
SM
MD
LG