Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:46

Ucqar kənd məktəblərinə göndəriləcək müəllimlərin sayı məlum olub


Foto: Arxiv
Foto: Arxiv
2011-2012-ci tədris ilində həvəsləndirmə tədbirləri tətbiqi olunmaqla 800 nəfər pedaqoji kadrın ucqar kənd məktəblərinə göndərilməsi nəzərdə tutulub.

Bu haqda «Trend»ə Təhsil Nazirliyindən bildiriblər.

Həmin kadrların 100-ü Naxçıvan Muxtar Respublikası üçün ayrılıb. Qalan vakant yerlər 309-u rayon mərkəzindən 20 km-dək, 391-i isə rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərdədir.

Nazirlikdən bildirilib ki, bu il ölkənin ümumtəhsil məktəblərindəki 2177 vakant yerə işə qəbul üçün 9342 nəfər elektron ərizə verib. Namizədlərin 8658-i iyul-avqust aylarında keçirilən imtahanlarda iştirak edib.

Müsabiqə komissiyası müsabiqənin III mərhələsinə buraxılmış 1216 nəfərdən 1038-nin işə qəbul edilməsi barədə qərar çıxarıb.

Vakant qalan yerlərə yenidən keçirilən müsabiqədə iştirak üçün 630 ərizə daxil olub. 193 nəfər işə qəbul edilib.
XS
SM
MD
LG