Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:51

Transparency International FIFA ilə əlaqələrini kəsir


Korrupsiyaya nəzarət orqanı FİFA-dakı bir sıra rüşvət və korrupsiya qalmaqalından sonra bu quruma bəzi məsləhətlər vermişdi.

Amma Transparency International rəsmisi deyir ki, onların iki başlıca məsləhəti rədd edilib.

Təşkilat bildirir ki, FİFA islahatların icrasına nəzarət edəcək ekspertə pul ödəməklə onun müstəqilliyini təhlükə altına ata bilərdi.

Ekspert Mark Pieth isə deyir ki, Beynəlxaql Şəffalıq Təşkilatının məsləhətlərindən birini - köhnə qalmaqalları yenidən araşdırmaq niyyəti yoxdur.

BBC-nin idman müxbiri Alex Capstickə başqa məqama diqqət çəkir. Onun sözlərinə görə, bu addım, yəni korrupsiyaya nəzarət edən qurumun kənara çəkilməsi çoxları tərəfindən FİFA-nın islahatlar prosesinə zərbə kimi dəyərləndirilir.

FİFA özü isə BŞT-nin hərəkətinə şərh vermir.

BŞT-nin idman məsləhətçisi Sylvia Schenk deyir ki, FİFA Piethə pul verəcəyi halda o müstəqil olmayac. Məsləhətçi Press Association Sporta deyib ki, FİFA-nın pul verdiyi şəxs islahatları müşahidə edən müstəqil komissiyanın üzvü ola bilməz:

“Onun FİFA ilə müqaviləsi var, bu baxımdan o asılı olacaqdı”.

Mark Pieth deyib ki, şirkətlərin kənar məsləhətçilərə pul verməsi adi haldır.

FİFA Beynəlxalq Şəffaflıq Təşkilatını Piethin başçılıq etdiyi qrupa dəvət etmişdi.
Sepp Blatterin başçılıq etdiyi FİFA-dan rüşvət qalmaqalına görə 4 nəfərin istefaya getməsi və ya qovulması gözlənir.
XS
SM
MD
LG