Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

İranlı Ayatollah Britaniya səfirliyinə hücumu kəskin pisləyib


İranın nüfuzlu dini xadimlərindən biri Ayatollah Ahmad Khatami çərşənbə axşamı Tehranda
Britaniya səfirliyinə edilmiş hücumu kəskin pisləyib.

Bu narədə İranın rəsmi İSNA agentliyi xəbər verir.
Khatami bildirib ki, bu hücumu başqa ölkəyə soxulmaq kimi qiymətləndirmək olar və bu tamamilə yolverilməzdir.

O eyni zamanda qeyd edib ki, bu hücumu 1979-cu ildə ABŞ-la diplomatik münasibətlərin pozulmasına səbəb olmuş, Tehrandakı ABŞ səfirliyinə edilmiş hücumla eyniləşdirmək etmək olmaz.

İranın ali dini lideri Ayatollah Ali Khameneinin yaxın adamlarından olan Khatami bu hücumu kəskin pisləyən ilk İran rəsmisidir.

Böyük Britaniya noyabrın 29-da edilmiş bu hücuma görə İranla diplomatik münasibətləri kəsib, İran diplomatlarını ölkədən çıxarıb.

Həmçinin bir sıra Avropa ölkələri İrandakı diplomatlarını geri çağırıblar.
XS
SM
MD
LG