Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 09:42

3 gün ərzində Yəmənin Taiz şəhərində azı 30 adam öldürülüb


Yəmənin Taiz şəhərində hökumət qoşunlarının müxalifət düşərgəsini atəşə tutuması və küçə toqquşmaları nəticəsində azı 5 adam ölüb.

Son 3 gün ərzində prezident Ali Abdullah Salehə sadiq qüvvələrlə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında baş vermiş toqquşmalarda azı 30 adam ölüb.

Prezident Saleh bu günlərdə əldə olunmuş razılaşma çərçivəsində hakimiyyəti vitse-prezidentə verib.

Amma o yaxın 3 ay ərzində fəxri prezident sayılır.

Gələn ilin fevralında ölkədə yeni prezident seçkisi keçiriləcək.

Şənbə günü Paytaxt Sanada da Ali Abdullah Salehin məhkəməyə cəlb edilməsi tələbilə nümayiş keçirilib.
XS
SM
MD
LG