Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

Gənclər «Fəvvarələr meydanı»nda aksiya keçirdi [Video]


Gənclər «Fəvvarələr meydanı»nda aksiya keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00
Direct-ə keçid
Dekabrın 3-də bir qrup gənc paytaxtın mərkəzində - «Fəvvarələr meydanı»nda aksiya keçiriblər.

Aksiyaçılar «Əsgər ölümlərinə YOX deyək!», «Şəhidlər ölməz, Vətən bölünməz!» şüarları səsləndiriblər, Azərbaycan himnini oxuyublar.

Aksiyaçılarla polis və mülkigeyimlilər arasında qarşıdurma yaranıb.

«Azərbaycan» kinoteatrının qarşısında başlayan aksiya Nəsimi heykəlinə qədər davam edib.

Aksiya zamanı Müsavat Gənclər Təşkilatının üzvləri Rauf Məmmədov, Tural Hacıbəyli, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, üzvü Emil, «Nida» təşkilatından Kənan Qasımlı və Dia.az-ın müxbiri Vaqif Sadıqlı saxlanıb.

Saxlananlar arasında AXCP Gənclər Komitəsinin 5 üzvü də var - İlham Hüseyn, Nihad Hüseynov, Dəyanət Babayev, Sərvər İbrahimovElvin Baycan.

Aksiyada iştirak edən əsgər atalarından iki nəfərin də saxlandığı bildirilir - Etibar QuliyevBəyalı Köçəriyev.

Saxlananları polisdə xəbərdarlıq etdikdən sonra buraxıblar.

Aksiya zamanı jurnalistlərə də təzyiqlər olub.



AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG