Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 00:16

ABŞ rəsmisi İsraili region ölkələrilə münasibətləri düzəltməyə çağırıb


Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta İsraili artmaqda olan təcridini azaltmaq üçün Türkiyə, Misir və digər Yaxın şərq ölkələrilə dostluq münasibətləri qurmağa çağırıb.

O Vaşinqtonda çıxış edərkən həmçinin İsraili Fələstinlə sülh danışıqlarını bərpa etməyə çağırıb.

Leon Panetta qeyd edib ki, bir sıra ərəb ölkələrində uzunmüddətli dikdatura rejimlərinin devrilməsinə görə, İsrailin narahatlığını başa düşmək olar.

Amma bu ölkələrdə hakimiyyətlərin dəyişməsi regional təhlükəsizlik sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün İsrailə yeni imkanlar açır.
XS
SM
MD
LG