Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:00

Əfqanıstanda 2 milyondan çox adam aclıqla üzləşib


2 milyon yarımdan çox əfqan yaxın vaxtlarda aclıqla üzləşə bilər.

10 ildir ki, ölkənin şimalında quraqlıq hökm sürür.

Yerli məmurlar və müxtəlif hümanitar təşkilatların məlumatına görə, quraqlıq ölkənin 34 əyalətindən 14-nə ciddi ziyan vurub, bulaqlar quruyub.

İnsanlar iş, yemək və su dalınca şəhərlərə axışır.

Artıq aclıqdan əziyyət çəkən yüzlərlə insana təcili yardım gərəkdir.

Qarşıdan qış gəldiyinə görə, hakimiyyət ilk növbədə ucqar rayonlara yardım göstərməyə çalışır.

Qar bu rayonların yolunu bağlaya bilər.
XS
SM
MD
LG