Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Myanmada dinc aksiyalara icazə verilib


Myanma prezidenti Tein Sein hakimiyyətlə razılaşdırılmış dinc aksiyalara icazə verən qanun qəbul edib.

Bu uzun illər idi ki, hərbi hakimiyyətin hökm sürdüyü ölkədə ilk belə qanundur.

Bundan əvvəl ölkədə istənilən etiraz aksiyası amansızçasına dağıdılırdı.

Hazırda Myanmanı mülki hakimiyyət idarə edir.

Mülki hakimiyyətin hələ də hərbçilərlə sıx bağlılığı olmasına baxmayaraq, ölkədə bir sıra siyasi islahatlar keçirilib, xeyli siyasi məhbus azadlığa buraxılıb.

Bu həftə Myanmaya səfər etmiş ABŞ Dövlət katibi Hillary Clinton ölkə rəhbərliyini islahatları davam etdirməyə, demokratik cəmiyyət qurmağa çağırıb.
XS
SM
MD
LG