Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 01:35

Azərbaycanda 2112 məktəb odunla qızdırılır


«Azərbaycan qızdırılmayan məktəb yoxdur».

Bunu Təhsil Nazirliyində keçirilən kollegiya iclasında Təhsil naziri Misir Mərdanov deyib.

Nazir qeyd edib ki, ölkədə 4256 məktəbdən 1005-i mərkəzləşmiş qaydada, yaxud qazanxana vasitəsilə, 725 məktəb dizel yanacağı, 27 məktəb qaz sobası, 2112 məktəb isə odunla qızdırılır.

Odunla qızdırılan məktəblər əsasən ucqar rayonlarda yerləşir. /apa/
XS
SM
MD
LG