Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:54

ABŞ Türkiyəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırır


Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden Türkiyəyə səfəri zamanı ölkə rəhbərliyini
İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Biden qeyd edib ki, Vaşinqton hələ də İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin diplomatik yolla həllinin tərəfdarıdır, amma tərəfdaşlarını bu məsələdə Vaşinqtona kömək etməyə çağırır.

Birləşmiş Ştatlarla Avropa Birliyi son həftələrdə İrana qarşı sanksiyaları kəskinləşdiriblər.

Türkiyə BMT-nin İrana qarşı sanksiyalarına əməl etsə də hələlik bu ölkəyə qarşı əlavə tədbirlər qəbul etməyib.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə ittiham edir.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG