Beynəlxalq ictimaiyyət Suriyada repressiyalara məruz qalan adamların hüquqlarının pozulması ilə bağlı zəruri tədbirlər görməlidir.
Bunu BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Navi Pillay deyib. O deyib ki, Suriyada insanların kütləvi şəkildə hüquqlarının pozulması Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmalıdır.
BMT-nin son məlumatlarına görə, son 8 ayda Suriyada prezident Bashar Assad əleyhinə keçirilən etiraz aksiyaları zamanı 4 mindən çox adam öldürülüb.
Bu gün Cenevrədə BMT-nin İnsan Haqları Şurası Suriyadakı vəziyyətlə bağlı toplantı keçirir.