Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:56

Allahşükür Paşazadə ABŞ-a gedir


Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə ABŞ-a səfərə dəvət edilib.

Bu barədə məlumatı «1news.az» saytı yayıb.

A.Paşazadə ABŞ-da yüksək səviyyədə qəbul ediləcək. Onun ABŞ-ın dini icmalarının rəhbəri və rəsmi şəxslərlə görüşü gözlənilir.

Səfərin gələn il baş tutacağı nəzərdə tutulub. Hələlik səfərin dəqiqi tarixi və proqramı razılaşdırılır.

A.Paşazadə ilə birlikdə Azərbaycanın digər dini konfessiyalarının nümayəndələri də ABŞ-a dəvət ediliblər.
XS
SM
MD
LG