Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 00:25

Bakının mərkəzində yeraltı avtomobil dayanacaqları tikiləcək


Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti paytaxtın bəzi ərazilərində yeraltı avtomobil dayanacaqlarının tikintisi barədə tender elan edib.

Tender elanının şərtlərinə əsasən, yeraltı avtomobil dayanacaqlarından biri Heydər Əliyev Sarayının arxasında, Füzuli və Mirzağa Əliyev küçələrinin arasındakı ərazidə tikiləcək. İkimərtəbəli dayanacağın üstü park olacaq ki, tender elanında bu parkın salınması da nəzərdə tutulur.

İkinci yeraltı dayanacağın Neftçilər prospektində, Hökumət Evinin qarşısındakı Azadlıq meydanının altında tikilməsi planlaşdırılır. Artıq tikintisinə hazırlıq işləri başlayan dayanacağın da ikimərtəbəli olması planlaşdırılır.

Tender elanında Bakıda müasir tipli fəvvarələrin inşası, park və bağların abadlaşdırılması, müasir və klassik tipli işıq dirəklərinin alınıb quraşdırılması da nəzərdə tutulub. /apa/
XS
SM
MD
LG