Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 13:48

«Ayətullahın bəyanatında səslənən fikirlər müsəlmana yaraşmır»


Azerbaijan. Baku. Writer Rafig Tagi
Azerbaijan. Baku. Writer Rafig Tagi
Bu barədə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Rafiq Tağının qətli ilə bağlı yaydığı məlumatda deyilir. Komitənin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov AzadlıqRadiosuna bildirib ki, Rafiq Tağının qətlinə səvinənlərə heç bir halda haqq qazandırılmamalıdır:
«Yazıçı-publisist Rafiq Tağıya qarşı edilən sui-qəsd kirminal xarakterlidir. Hadisənin hansı səbəbdən törədildiyini istintaq müəyyənləşdirəcək. Lakin bütün hallarda, insanın, xüsusilə də söz adamının qətlə yetirilməsi, yaxud ona qarşı sui-qəsd qəbuledilməzdir. Rafiq Tağının ölümündən sonra ayətullah Cavad Lənkəraninin verdiyi bəyanatda səsləndirilən fikirlər isə nəinki din xadiminə, hətta sadə müsəlmana da yaraşmır. Dini etiqadından asılı olmayaraq, insan həyatı dəyərlidir və başqasının ölümünə sevinməyə nə insani, nə də dini baxımdan haqq qazandırmaq olar».
Rafiq Tağı noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb. Noyabrın 23-də isə müalicə aldığı xəstəxanada vəfat edib. Onu bıçaqlayan şəxs hələlik tapılmayıb.
Rafiq Tağı yazılarında İranı və dini cəhaləti, Azərbaycan hakimiyyətini tənqid edirdi.
Ayətullah Cavad Lənkərani atası Fazil Lənkəraninin Rafiq Tağı barəsində çıxardığı ölüm fətvasının icra olunmasını alqışlayan bayənat yaymışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG