Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 12:34

İrana qarşı əlavə sanksiyalar tətbiq edilə bilər


Böyük Britaniya Tehrandakı səfirliyinə edilmiş hücuma görə, Avropa Birliyi ölkələrinin
Brüssel görüşündə İrana qarşı əlavə sanksiyalarla bağlı məsələ qaldıracaq.

Bunu Britaniyanın xarici işlər naziri William Hague deyib.

London ötən həftə birtərəfli qaydada İran banklarıyla transaksiyaları qadağan edib.

Bundan başqa Böyük Britaniya Londondakı İran səfirliyinin bağlanmasını və bütün İran diplomatlarının ölkədən çıxarılmasını göstəriş verib.

Həmçinin bir sıra Avropa ölkələri İrandakı səfirlərini geri çağırıblar.
XS
SM
MD
LG