Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Mart, çərşənbə, Bakı vaxtı 19:47

Devrilmiş prezident azı 60 illik həbsə məhkum olunub


Tunisin dövlət xəbər agentliyi bildirir ki, ölkənin keçmiş rəhbəri Zine Abidine Ben Ali ordu zabitlərinə işgəncə verməkdə günahkar bilinib.

O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ben Ali barəsində artıq üç dəfə məhkəmə keçirilib və o, üst-üstə 60 illik həbs cəzası alıb.
Keçmiş prezident bu ilin yanvar ayında başlamış etiraz aksiyaları zamanı Səudiyyə Ərəbistanına qaçıb.

O, hazırda mülki və hərbi məhkəmə tərəfindən 100-dən çox ittihamla üzləşib.
XS
SM
MD
LG