Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:07

Əliyevdən partiyaları qapatmaq göstərişi, Bakı-qaranlıq qətllər şəhəri...


Foto: Arxiv
Foto: Arxiv
«ƏLİYEVDƏN PARTİYALARI QAPATMAQ GÖSTƏRİŞİ», «Azadlıq» qəzeti yazır ki, parlamentdə təkpartiyalı sistemə keçid hazırlanır:

«Layihədə büdcədən ayrılan vəsaitin 90 faizinin parlamentdə təmsil olunan, 10 faizinin isə parlamentdən kənarda qalan, amma səsvermədə iştirak edənlərin 3 faiz səsini qazanan partiyalara verilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, ayrılan pulun hamısı YAP və onun «peykləri»nə çatacaq».

Qəzet yazır ki, 2010-cu ildə parlament seçkilərində heç bir real müxalifət partiyasına 3 faiz də səs yazılmayıb.

«Bizim yol» qəzeti «BAKI-QARANLIQ QƏTLLƏR ŞƏHƏRİ?» başlıqlı yazıda indiyə qədər Bakıda baş verən müəmmalı qətl hadisələri və onların indiyə qədər açılmaması səbəblərindən yazır.

«Azərbaycan» qəzeti «BRİTANİYA MƏTBUATININ «MƏKRLİ ALBİONU»» sərlövhəli yazı dərc edib. Yazıda qeyd olunur ki, Britaniya mətbuatı siyasi hadisələrin təfərrüatını bilmədən Azərbaycandakı faktları təhrif edir:

«Məsələn «Guardian» Azərbaycanı siyasi pressinqdə təqsirləndirir, lakin müxalifət nəşrlərinin səhifələrində onlarca azərbaycanlı «siyasi şərhçi»nin öz fikirlərini sərbəst şəkildə ifadə etməsinə məhəl qoymur».

«Exo» qəzeti ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın səfirlik səlahiyyətlərinin uzadılması məsələsindən yazır. «BRAYZA ABŞ SƏFİRİ SƏLAHİYYƏTLƏRİNİ İTİRİR?» sərlövhəli manşet yazısında ABŞ-dakı erməni lobbisinin bu məsələdə yenidən aktivləşdiyi bildirilir.

«Futbol +» qəzeti Azərbaycan futbol yığmasının almaniyalı baş məşqçisi Berti Foqtsla müqavilənin uzadılması və «Şəfa» stadionunun «İnter» klubuna satılmasını tənqid edən yazılar verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG