Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Bələdiyyə seçkiləri başa çatdı


Noyabrın 30-da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə səsvermə prosesi başa çatıb. Artıq seçki məntəqələrində səslərin sayılmasına başlanıb.
MSK-nın məlumatına görə, səsvermə səhər saat 08.00-dan başlayıb, saat 19.00-da başa çatıb.
Seçkilərin nəticələri ilə bağlı ilkin məlumatlar gecə saatlarında açıqlanmalıdır.
Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilib. Bələdiyyə seçkilərində 1549 namizəd iştirak edib.
Azərbaycanda sonuncu dəfə bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
XS
SM
MD
LG