Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Cənubi Osetiyada etirazçılara atəş açılıb


Cənubi Osetoyada, Tskhinvalidə qarşıdurma, 30 noyabr 2011-ci il
Cənubi Osetoyada, Tskhinvalidə qarşıdurma, 30 noyabr 2011-ci il
Gürcüstanın separatçı bölgəsi olan Cənubi Osetiyada təhlükəsizlik qüvvələri Mərkəzi Seçki Komissiyasının qarşısına yığılan etirazçıları dağıtmaq üçün havaya atəş açıblar.

Yüzlərlə adam həftəsonu keçirilən prezident seçkilərində qalib olduğunu iddia etdikləri Alla Dzhioyevanın seçkidən kənarlaşdırılması və səsvermə nəticələrinin ləğvinə etiraz edirlər.

Ali Məhkəmənin MOskvanın dəstəklədiyi prezidentliyə namizədlərdən gələn şikayətləri araşdırandan sonra verdiyi qərardan sonra Parlament də Alla Dzhioyevaya təkrar seçkiyə qatılmağı qadağa qoyub. Təkrar seçkinin mart ayında keçirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG