Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 07:51

Türkiyə Suriyaya qarşı sanksiyaları açıqlayıb


Türkiyə Suriyaya qarşı tətbiq edəcəyi sanksiyaları açıqlayıb. Bu haqda bu gün Türkiyənin xarici işlər nazir Ahmet Davudoğlu məlumat verib.

Sanksiyalara görə, Suriyanın Mərkəzi Bankı ilə əlaqələr kəsilir. Türkiyə öz xalqına qarşı zorakılıqlarda iştirak etmiş Suriyanın dövlət məmurlarının bank hesablarını donduracaq.

Dəməşqə hərbi məqsədlər üçün istifadə olan bütün avadanlıqların göndərilməsini dayandırılır. Türkiyə beynəlxalq qanunlar çərçivəsində digər ölkələrdən Suriyaya silah və digər hərbi avadanlıqlarının daşınması üçün hava, quru yollarını da bağlayacaq.
XS
SM
MD
LG