Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:00

Anar: «Rafiq Tağının ölümünü pisləyirik»


Anar
Anar
Noyabrın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rafiq Tağının ölümündən danışıb.

O, AYB-də «ƏDV-yə yox deyək, Kitaba dəstək verək» adlı dəyirmi masada deyib:

«Biz Rafiq Tağının ölümünü pisləyirik. Bəziləri bizi gec reaksiya verməkdə qınayır. Amma biz əlimizdə qələm onun ölümünü gözləmirdik».

Tədbir başlamazdan öncə yazarın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rafiq Tağı noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb. Noyabrın 23-də isə müalicə aldığı xəstəxanada vəfat edib. Onu bıçaqlayan şəxs hələlik tapılmayıb.

Rafiq Tağı yazılarında İranı və dini cəhaləti, Azərbaycan hakimiyyətini tənqid edirdi.
XS
SM
MD
LG