Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:11

Ermənistan prezidenti Gürcüstandadır


Gürcüstanda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstan parlamentinin sədri David Bakradze və bütün Gürcüstanın katalikosi İkinci İlya ilə görüşüb.
Xəbəri Ermənistan prezidentinin rəsmi saytı yayıb.

David Bakradze ilə görüşündə prezident Sarkisyan iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyindən danışıb.

İkinci İlya ilə görüşdə Erməni Apostol və Gürcü Provaslav kilsələrinin erməni və gürcü xalqlarının həyatındakı mühüm rolu vurğulanıb.

Sarkisyan Tbilisidə Qəhrəmanlar Meydanında da olub.
XS
SM
MD
LG