Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Mart, bazar, Bakı vaxtı 10:09

Misir Mərdanovun Rafiq Əliyev haqda dedikləri, «zamanın tələbi olan qiymət artımı»…


Mətbuat icmalı
«KAFEDRA NƏ ZAVODDUR, NƏ DƏ FABRİK»

«Zerkalo» qəzetinin noyabrın 30-da çıxan məqaləsi belə adlanır.

Qəzet yazır ki, Təhsil naziri Misir Mərdanov Rafiq Əliyevin Dövlət Neft Akademiyasında kafedra müdirliyindən çıxarılmasına belə münasibət bildirib:

«Rafiq Əliyevin kafedra müdirliyindən çıxarılması ilə bağlı məsələni böyütməyə ehtiyac yoxdur».

Nazir daha sonra deyib ki, vəzifə əbədi deyil.

«Bizim hər birimiz vəzifəyə qoyula və ya çıxarıla bilərik. Mən bu məsələnin ümummilli müzakirə mövzusuna çevrilməsinə ehtiyac görmürəm».

«AZƏRBAYCANDA BÜTÜN FUNDAMENTAL İNSAN HÜQUQLARI TƏMİN OLUNUB»

«Yeni Azərbaycan» qəzeti Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun «Gün.az»a verdiyi müsahibəsini dərc edib:

«Azərbaycanda axı hansı hüquqlar təmin olunmayıb? Buyursunlar, burada – fundamental insan hüquqlarından söhbət gedir – seçki hüququ var, siyasi partiya yaratmaq hüququ, siyasətlə məşğul olmaq hüququ tam, dolğun təmin olunub. Söz və mətbuat azadlığı mövcuddur, azad düşünmək, azad şəkildə istədiyi məlumatı toplamaq, yaymaq hüququ var».

Metro
Metro
Bununla belə Əli Həsənov deyir: «Amma biz bununla iddia etmirik ki, Azərbaycanda heç bir problem yoxdur».

«METRODAKI QİYMƏT ARTIMININ PƏRDƏARXASI MƏQAMLARI»

«Azadlıq» qəzeti iqtisadçı Məhəmməd Talıblı ilə danışıb. Onun fikrincə, metroda gediş haqqını 5 qəpik artırmaqla hökumət nəqliyyatın bu növündən istifadə edən bir neçə milyon insanın nəbzini yoxlamaq istəyir:

«Hər bir ailədə orta hesabla 4 nəfərin metrodan istifadə etdiyini götürsək, onda bir ailənin ayda azı 12 manat itirəcəyini söyləmək olar. Bu, sosial narazılıq və hiddət yaradan amildir».

Məhəmməd Talıblı deyir ki, bu qiymət artımı növbəti bahalaşma dalğası üçün anonsdur.

Deputat Qalib Salahzadə «Yeni Müsavat»a verdiyi müsahibədə də metrodakı qiymət artımından danışıb:

«Metroda, ya başqa sahədə qiymət artımı zamanın tələbidir. Ola bilməz ki, eyni şey illərlə qalsın. Adi «Jiquli»ni 3-4 minə sata bilmirdilərsə, indi 7-8 min manatdır. İndi ola bilməzdi metronun qiyməti əvvəlki kimi qalsın. Dövlət ziyanla işləməməlidir ha. Yəqin bahalaşma ilə əlaqədar dövlətin özünün də bir planı, addımı olacaq. Yəni, bizim bilmədiyimiz məsələlər ola bilər. Hər halda, əhalini narazı salmazlar…».
XS
SM
MD
LG