Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:39

Loran Gbagbo Haaqa Məhkəməsi qarşısında dayanacaq

Qərbi Afrika ölkələrindən olan Fil Dişi Sahilinin keçmiş prezidenti Loran Gbagbo Hollandiyaya gətirilib. O, keçən ilin noyabrında keçirilmiş prezident seçkisi zamanı ölkədə baş verən zorakılıqlara görə Haaqa Məhkəməsi qarşısında dayanacaq.

Keçən ilin noyabrında keçirilmiş prezident seçkisi zamanı Loran Gbagbo seçkidə qalib gələn Alassan Uatarın qələbəsini qəbul etməmişdi. Ölkədə 4 ay davam edən silahlı qarşıdurmalarda azı 3 min adam ölmüşdü.
This item is part of
XS
SM
MD
LG