Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Britaniya səfirliyinin əməkdaşları İranı tərk edir


Dünən Tehranda Böyük Britaniya səfirliyinə olan hücumdan sonra səfirliyin bütün diplomatik missiyası İranı tərk edir. Bu haqda Qərb mediası diplomatik mənbələrə istinadən xəbər verir.

Dünən Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücum edən kütlə səfirliyin binasının şüşələrini sındırmış, maşınları və Britaniya bayrağını yandırmışdı.

Baş verənləri BMT Təhlükəsizlik Şurası və ABŞ pisləmişdi. Böyük Britaniya isə cavab tədbirləri görəcəyini bildirmişdi.
XS
SM
MD
LG