Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 14:59

Cənubi Osetiyada təkrar seçki keçiriləcək


Gələn il martın 25-də Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiyada təkrar prezident seçkisi keçiriləcək.

Qərar respublika parlamentinin bu gün keçirilmiş növbədənkənar iclasında qəbul edilib.

Məhkəmə bundan əvvəl hakim partiyanın pozuntularla bağlı şikayyətini təmin edərək seçkini baş tutmamış elan edib.

Məhkəmənin sədri bildirib ki, müxalifətin namizədi Alla Cioeva yeni seçki kampaniyasında iştirak edə bilməz.

Mərkəzi Seçki Komissiyası bundan əvvəl Alla Cioevanın rəqibi Anatoli Bibilova 16 faiz səs çoxluğu ilə qalib gəldiyini bəyan etmişdi.

Müxalifət dinc aksiyalara hazırlaşır.
XS
SM
MD
LG