Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Əvəz Zeynallının həbsindən bir ay keçir


Əvəz Zeynallı
Əvəz Zeynallı
Noyabrın 29-da «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən bir ay keçir.

Bununla bağlı keçirilən mətbuat konfransında «Turan» Agentliyinin direktoru Mehman Əliyev deyib ki, Ə.Zeynallının ictimai müdafiəsi uğurla davam etdirilir:

«İctimai fikir Əvəz Zeynallının sifarişlə həbsini qəbul edib və baş redaktora qarşı irəli sürülən korrupsiya ittihamını qınayır».

Hüquq müdafiəçiləri və jurnalist təşkilatlarının rəhbərləri baş redaktorun beynəlxalq səviyyədə müdafiəsinin təşkilinin vacibliyini qeyd ediblər.

İnsan Hüquqları Uğrunda İctimai Birliyin rəhbəri Eynulla Fətullayev bildirib ki, Ə.Zeynallının həbsi, «Xural» qəzetinin fəaliyyəti ilə bağlı məlumatlar beynəlxalq təşkilatlara çatdırılacaq:

«Beynəlxalq səviyyədə imzatoplama kampaniyası başlamalı, hökumət və dövlət başçılarına, aparıcı beynəlxalq təşkilatlara müraciətlər qəbul edilməlidir».

«Xural» qəzetinin əməkdaşı Əfqan Muxtarlı deyib ki, qəzetin çapına imkan verilmir. Eyni zamanda, qəzet əməkdaşları başqa adda qəzeti Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək üçün müraciət ediblər.

Ə.Zeynallı bu il oktyabrın 29-da saxlanıb. Nəsimi rayon Məhkəməsi onun barəsində üç ay həbs-qətimkan tədbiri seçib. Baş redaktora qarşı deputat Gülər Əhmədovanın şikayəti əsasında Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG