Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:55

Azərbaycanda ilk Uşaq İnternet Portalı yaradılır


“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Uşaq İnternet Portalının ilkin versiyasının ictimai müzakirəsini keçirib.

APA-nın məlumatına görə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Azərbaycanda ilk dəfə yaradılan Uşaq İnternet Portalının ilkin versiyasını təqdim edib.

Əsasən böyüklər, xüsusən də valideynlər və uşaqlarla işləyən peşəkarlara, o cümlədən, gənc nəslin nümayəndələrinə ünvanlanan portalın hələlik yalnız Azərbaycan dilində olduğunu deyən layihə rəhbəri gələcəkdə rus, ingilis, ispan, alman və fransız dillərində də olacağını vurğulayıb.

Portalın bazasında Azərbaycanda uşaqlar üçün yazılmış incəsənət əsərlər də yer alıb.
XS
SM
MD
LG