Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:24

Azərbaycanda hər bir sürücü cərimə ballarını internetdən öyrənə bilər


Azərbaycanda hər bir sürücü yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimə balları barədə məlumatları internet vasitəsilə öyrənə bilər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin internet saytında (www.mia.gov.az) yerləşdirilmiş cərimə balları bölməsinə (http://mia.gov.az/?/az/driverlicense/) daxil olmaqla, sürücülər bu barədə məlumat əldə edə bilərlər.

Hər bir sürücü saytın bu bölməsində sürücülük vəsiqəsinin nömrəsi, doğum və vəsiqənin son istifadə tarixini yazmaqla, cərimə balı barədə məlumatları öyrənə bilər.
XS
SM
MD
LG