Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq müzakirə ediləcək


Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhədboyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyət müzakirə ediləcək.

Bunu «Trend»ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti dekabrın 2-dən 5-dək İranda səfərdə olacaq.

Ə.Həsənov bildirib ki, səfər İranın müvafiq strukturlarının dəvəti ilə həyata keçirilir:

«Səfər çərçivəsində İranın televiziya, mətbuat, xarici informasiya siyasəti ilə məşğul olan bütün qurumlarının rəhbərləri ilə görüşəcəyik. Burada əsas məqsəd iki ölkə arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhədboyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyəti müzakirə etməkdir. Gələcək əməkdaşlıqla bağlı müəyyən tövsiyələrimizi də verəcəyik».
XS
SM
MD
LG