Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:03

Livandan İsrailə raket zərbəsi atılıb


İsrail hərbçiləri bildiriblər ki, Livandan ölkənin şimalına gecə yarısı qəfil raket zərbəsi endirilib. Hadisə nəticəsində xəsarət alanın olub-olmadığı, dağıntıların baş verib-vermədiyi açıqlanmır.

İsrail hərbi qüvvələrinin verdiyi məlumata görə, 2009-cu ilin oktyabrında Livandan ilk dəfə bu ölkəyə raket zərbəsi vurub.

İsrail artilleriya ilə cavab atəşi açıb.

İsrail bu hücumu "ciddi hal" sayıb və bildirib ki Livan hakimiyyəti buna görə məsuliyyət daşıyır.

2006-cı ildə İsrail livanlıların da olduğu Hezbollah təşkilatı ilə 34 günlük müharibə aparıb. Müharibə vaxtı 120 livanlı və 160 israilli ölüb.
XS
SM
MD
LG