Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:53

Naxçıvanda müxalifətçini prokurorluğa çağırırlar


AXCP Naxçıvan Muxtar Respublika təşkilatının sədr əvəzi Yaşar Bağırsoyun qardaşı Zeynalabdin Bağırzadə yenidən Naxçıvan prokurorluğuna çağırılıb.

Prokurorluqda ona Çernobıl qəzasında iştirak etmədən saxta sənədlərlə Çernobıl əlili kimi təqaüd aldığını, bir neçə şəxsə saxta çernobılçı sənədi düzəltdiyini bildiriblər. Prokurorluqda ona adı çəkilməyən şəxsin izahatına görə çağırıldığını deyiblər.

Bu haqda AzadlıqRadiosuna Zeynalabdin Bağırzadə məlumat verib.

Z. Bağırzadə deyilənlərin böhtan olduğunu bildirir. Deyir ki, baş verənlər qardaşının siyasi əqidəsinə görə onlara qarşı olan təzyiqlərin davamıdır:

«Mən Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmişəm. Sənədlərim də düzdür. Dəfələrlə həkim ekspertizasından da keçmişəm».

Naxçıvan şəhər Prokurorluğundan isə özünü təqdim etməyən şəxs bildirdi ki, deyilənlərlə bağlı onlarda hər hansı məlumat yoxdur.

Bu il iyulun 27-də Yaşar Bağırsoy və qardaşı Nehrəmdə keçirilən aksiyada döyüldüklərini iddia edirdi. Polisə şikayət edəndə isə, onların özləri saxlanmışdı.
XS
SM
MD
LG