Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Stalinin yeganə qızı ABŞ-da öldü


Sovet diktatoru Joseph Stalinin yeganə qızı ABŞ-da vəfat edib. Wisonsin ştatının rəsmiləri deyiblər ki, 85 yaşlı Lana Peters noyabrın 22-də xərçəng xəstəliyindən ölüb.

O, 1967-ci ildə ABŞ-la SSRİ arasında söyuq müharibə zamanı okenın o tayına köçüb və atasının, o cümlədən kommunist idarəetməsini tənqid edib. Lana Peters həyatı haqqında iki kitab yazıb, kitablar ona böyük tirajla satılıb. Stalinin qızı kitablarından böyük gəlir əldə edib.

1953-cü ildə atası Stalin ölümündən sonrakı on illiklərdə milyonlarla insanın ölümündə günahlandırıldığı üçün Lana Peters anasının soyadını götürüb.

1970-ci ildə William Peterslə evlənib. O, azı 4 dəfə ərə gedib və üç uşaq anası olub.

1984-cü ildə mühacirətdən sonra ilk dəfə vətəninə gəlib, amma bir ildən sonra yenidən ABŞ-a qayıdıb.
XS
SM
MD
LG