Keçid linkləri

2026, 23 İyul, cümə axşamı, Bakı vaxtı 02:59

Avropa Parlamenti Lissabon müqaviləsinin dəyişdirilməsinə 6 ay müzakirə tələb edir

Borc böhranına görə Avropa Birliyinin müqaviləsini dəyişdirmək istəyən Almaniya və Fransaya Avropa Parlamenti bildirib ki, buna 6 ay müzakirə lazımdır.

“Avropa Parlamenti 6 aylıq müzakirədə təkid edir”- bunu parlamentin rəhbərlərindən olan Klaus Welle bildirib.

Avropa liderləri dekabrın 8-9-undakı sammitdə Almaniyanın və Fransanən müqaviləni dəyişdirmək təklifinə baxmalıdır.

Britaniyanın baş naziri David Cameron deyib ki, Lissabon müqaviləsinə yenidən baxılsa, onda Britaniya AB-yə verdiyi səlahiyyətlərin bir hissəsini geri almağa çalışacaq.
This item is part of
XS
SM
MD
LG