Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:54

Matthew Bryza: «Rafiq Tağının qətli dəhşətli faciədir»


Amerikanın Azərbaycandakı səfiri Matthew Bryza
Amerikanın Azərbaycandakı səfiri Matthew Bryza
«Rafiq Tağının qətli dəhşətli bir faciədir. Amerika səfirliyi adından mərhumun ailəsinə, dostlarına, həmkarlarına dərin hüznlə başsağlığı veririk». Bu barədə Amerikanın Azərbaycandakı səfiri Matthew Bryza Turana müsahibəsində bildirib.
Onun fikrincə, istənilən qətldə ədalət bərqərar olmalıdır: «Nəzərə alsaq ki, bu mənfur cinayət Rafiq Tağının peşəkar fəaliyyəti ilə bağlıdır, burada ədalətin bərqərar olması daha böyük həssaslıq və məsuliyyət kəsb edir. Hər hansı bir şəxsin din, siyasət və digər sahələrdə fəaliyyət göstərməsindən asılı olmayaraq, cinayətin üstünün açılması ifadə və media azadlığının bərqərar olmasını bir daha vurğulayır».
Səfir Azərbaycan hökuməti tərəfindən cinayətin açılması üçün xüsusi təhqiqat qrupunun yaradılması faktını təqdir edir və bu dəhşətli cinayətin üstünün açılması üçün mümkün olan hər bir addımı atmağa çağırır: «İlk öncə Azərbaycan tərəfinin bu cinayətin təhqiqatını başa çatdırması önəmlidir ki, cinayətin arxasında kimin durması aşkara çıxsın. Təhqiqatın başa çatması öz-özlüyündə hər bir məsələni aşkara çıxaracaq».
Amerika səfiri İrandan Azərbaycana qarşı gözlənilən təhlükələr zamanı Amerikanın Azərbaycana yardımı ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan çox uzun müddət bundan əvvəl ümumilikdə özünü və müstəqilliyini qorumaq qərarı verib: «Azərbaycan bu qərarı avropalı müttəfiqlərimizlə və bizimlə neft və qaz əməkdaşlığı sahəsində strateji müttəfiqlik qurmaqla atıb. Bizim əməkdaşlığımız sonradan enerjidən daha kənara çıxaraq təhlükəsizlik və ilk öncə daha vacib əhəmiyyət kəsb edən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi kimi digər sahələrə də genişləndirilib. Hal-hazırda isə daxili islahatlar sahəsində (buraya iqtisadi, demokratik və hüquqi islahatlar daxildir) birgə çalışırıq», - deyə o qeyd edib.
XS
SM
MD
LG