Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Fransa Minsk Qrupunda həmsədrini dəyişir


Fransanın Azərbaycandakı səfirliyi ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernard Fassier'in missiyasının başa çatması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, səfir B.Fassier Minsk Qrupundakı Fransa həmsədrliyi missiyasını bu ilin sonunda başa çatdıracaq:

«Onu əvəz edəcək, əvvəllər Fransanın Ukraynadakı səfiri olmuş səfir Jacques Faure öz missiyasına hazırlaşır. O, hazırda Minsk Qrupunun Fransa-ABŞ-Rusiya həmsədrliyinin fəaliyyətini öyrənməkdədir».

Qeyd edək ki, B.Fassier vasitəçi qismində noyabrın 28-də regiona sonuncu dəfə səfər edəcək.

O, 2005-ci ildən Fransanı Minsk qrupunda təmsil edir.
XS
SM
MD
LG