Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:58

Pakistanda ABŞ əleyhinə aksiyalar keçirilib


Bazar günü Pakistanın müxtəlif şəhərlərində Amerika əleyhinə etiraz aksiyaları keçirilib. Aksiyaçılar 24 Pakistan hərbçisinin ölümü ilə nəticələnmiş əməliyyata etirazlarını bildiriblər.

Ən böyük aksiya isə Karaçi şəhərində keçirilib. Aksiyaçılar Amerika əleyhinə şüarlar səsləndiriblər.


Ötən şənbə günü Mohmand rayonunda helikopterdən endirilən zərbə nəticəsində 24 Pakistan əsgəri həlak olmuşdu.

NATO-nun baş katibi Anders Fogh Rasmussen Pakistan hökumətinə göndərdiyi məktubda hadisənin səhvən baş verdiyini və bundan təəssüfləndiyini bildirib.

Pakistan bu hücuma görə Əfqanıstandakı NATO qüvvələrinin öz ərazisindən təhcizatını dayandırıb. ABŞ-dan ilotsuz təyyarələrin yerləşdirildiyi bazanın boşaldılmasını tələb edib.

ABŞ Dövlət katibi Hillary Clintonla müdafiə naziri Leon Panetta ölənlərin ailələrinə başsağlığı veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG