Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:11

Yəmən prezidenti ölkəyə dönüb


Yəmən prezidenti Ali Abdulla Saleh bazar günü gecə Səudiyyə Ərəbistanından ölkəsinə dönüb.

Saleh ötən çərşənbə axşamı Səudiyyə Ərəbistanında hakimiyyətin verilməsi ilə bağlı razılaşma imzalayıb.

Bu razılaşmada hakimiyyətin verilməsi əvəzində prezident və onun yaxın ətrafının cinayət məsuliyyətinə cəlb olunmaması nəzərdə tutulur.

Gələn ilin fevralında 2 illik müvəqqəti prezidentliyə seçki keçiriləcək.

Hazırkı vitse-prezident Mansur Hadi bu seçkidə vahid namizəddir.
İki ildən sonra isə ölkədə yeni prezident və parlament seçkiləri keçiriləcək.

Bu planı Fars korfəzi ölkələrinin əməkdaşlıq şurası hazırlayıb.

Amma ölkə müxalifəti sənədi qəbul etmir, prezidentin məhkəmə qarşısında dayanmasını tələb edir.

10 aydır ki, Yəməndə hakimiyyət əleyhinə nümayişlər keçirilir.
XS
SM
MD
LG