Pakistanın xarici işlər naziri Hina Rabbani Khar bazar günü ABŞ Dövlət katibi Hillary
Clintonla telefon söhbəti zamanı NATO-nun hava əməliyyatı nəticəsində 24 Pakistan əsgərinin ölümündən dərin narahatlığını bildirib.
Khar bu hücumun beynəlxalq qanunlar, insan həyatı və Pakistanın süverenliyinə hörmətsizlik olduğunu bildirib.
O qeyd edib ki, bu hücum Pakistanı ABŞ-la əldə olunmuş razılaşmalara yenidən baxmağa vadar edir.
Pakistan bu hücuma görə artıq Əfqanıstandakı NATO qüvvələrinin öz ərazisindən təhcizatını dayandırıb.
İslamabat həmçinin Birləşmiş Ştatlardan pilotsuz təyyarələrin yerləşdirildiyi bazanın boşaldılmasını tələb edib.
ABŞ Dövlət katibi Hillary Clintonla müdafiə naziri Leon Panetta ölənlərin ailələrinə başsağlığı veriblər.